Türkiyədə neft tankeri yanıb


  • 17 Aprel 10:38

Türkiyənin Şırnak şəhərində yanacaq daşıyan tanker alışıb.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın günorta saatlarında Kızılsu kəndi yaxınlığında baş verib.

Yanacaqla dolu tankerin mühərrik hissəsi hərəkətdə olarkən alovlanmağa başlayıb.

Bölgəyə xilasetmə qrupları cəlb ediilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, lakin tanker yararsız hala düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər