- 18 Aprel 22:27
Türkiyənin Konya şəhərində dördmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istnadən xəbər verir ki, Konyanın Meram rayonunda yerləşən dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb edilib.
Yanğın qrupların müdaxiləsi ilə nəzarət altına alınıb.
Xilasedicilər bir mənzildə iki uşağın cəsədini aşkarlayıb.
4 nəfər qrupların dəstəyi ilə təxliyə edilib.
Yanğının səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə