- 18 Aprel 22:27
Qəzza zolağında İsrailin bu gün səhər saatlarından həyata keçirdiyi hücumlar nəticəsində daha 25 nəfər həyatını olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Al-Jazeera” Qəzzadakı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, martın 18-də İsrailin HƏMAS-la atəşkəsi pozmasından sonra bölgədə 1652 nəfər ölüb, 4391 nəfər isə yaralanıb.
Ümumilikdə, 2023-cü il oktyabrın 7-də müharibə başladıqdan bu günə qədər Qəzzada 51.025 fələstinli həlak olub, 116.432 nəfər isə yaralanıb. Minlərlə insan isə hələ də itkin düşmüş sayılır.
Son üç həftə ərzində həyata keçirilmiş əməliyyatlar nəticəsində isə təxminən 400.000 nəfər məcburi şəkildə köçürülüb.
Sözügedən bölgəyə martın 2-dən etibarən heç bir humanitar yardım daxil olmayıb.