- 18 Aprel 22:27
Türkiyənin Hatay şəhərində silahlı insident baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Kırıkhan rayonunda qohumlar arasında baş verən mübahisə zamanı tərəflər bir birinə atəş açıb.
Ağır yaralanan iki nəfər təcili yardımla xəstəxanaya aparılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerində aparılan araşdırmalarda 3 tüfəng aşkarlanıb.
Hadisə ilə bağlı 3 nəfər həbs edilib.
Şəbnəm Mehdizadə