Türkiyədə fabrik yanır


  • 16 Aprel 17:14

Türkiyənin Diyarbəkir şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Kayapınar rayonunda kosmetik məhsullar istehsal edən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım qrupları cəlb edilib.

Briqadalar hazırda yanğını söndürməyə çalışır.

Yanğın zamanı binaya ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər