Qəzzada daha bir fələstinli jurnalist həlak olub


  • 16 Aprel 16:47

İsrail ordusunun Qəzza şəhərinin Tuffah məhəlləsində evi bombalaması nəticəsində həyatını itirənlər arasında jurnalist Fatma Hasunenin də olduğu bildirilib.

E-huquq.az xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 212-yə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər