- 18 Aprel 22:27
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 25 nəfər ölüb, 69 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 652 fələstinli həyatını itirib, 4 391 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 51 025-ə, yaralıların sayı isə 116 432- ə çatıb.
Humay Eminqızı