Rusiyada yanğın hadisəsi olub, 300 nəfər təxliyə edilib


  • 16 Aprel 15:38

Rusiyanın Samara vilayətində qamış və quru bitki örtüyünün alışması nəticəsində yanğın hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı ərazidə yerləşən uşaq bağçasından 336 nəfər təxliyə edilib.

Yanğın 0,1 hektar ərazini əhatə edib.

Hadisə yerinə xilasedicilər və xüsusi texnika cəlb edilib.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər