ABŞ-də zərgərlik mağazasından on milyon dollar dəyərində oğurluq edilib


  • 16 Aprel 15:17

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində zərgərlik mağazasından 10 milyon dollarlıq ziynət əşyası oğurlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Los-Anceles Polis Departamenti (LAPD) məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən şəxslər mağazanın divarını sökərək içəri daxil olub və dəyəri 10 milyon dollardan çox olan saat və qızıl boyunbağı kimi qiymətli zinət əşyalarını oğurladıqda sonra qazdıqları çuxurdan qaçıblar.

İlk gün hadisənin fərqinə varmayan mağaza sahibləri dəymiş zərərin 20 milyon dollara yaxın olduğunu bildiriblər. Polis hadisə yerində barmaq izləri və DNT qalıqları götürərək araşdırmalar aparır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər