- 18 Aprel 22:27
Böyük Britaniyada "Google" şirkətinə qarşı 5 milyard funt-sterlinqdən çox (təxminən 6,6 milyard dollar) təzminat tələbi ilə bağlı məhkəmə iddiası qaldırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə "CNBC" telekanalı məlumat yayıb.
İddiaya görə, "Google" rəqib axtarış sistemlərinin işini məhdudlaşdırmaq üçün səlahiyyətlərindən sui-istifadə edib.
İşə Böyük Britaniya Rəqabət Apellyasiya Məhkəməsində baxılacaq.
Humay Eminqızı