- 18 Aprel 22:27
“Rusiya hökuməti Pakistanla azad ticarət sazişinin bağlanması imkanlarını müzakirə edir".
E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
"Əsas hədəflərimizdən biri ilk növbədə Böyük Avrasiya məkanında ticarət şəraitini yaxşılaşdırmaqdır. Avrasiya İqtisadi Birliyinin artıq Vyetnam, Serbiya və İranla müvafiq sazişləri var”, - deyə A,Overçuk qeyd edib.
O xatırladıb ki, artıq MDB çərçivəsində azad ticarət zonası fəaliyyət göstərir:
"2023-cü ildə xidmətlər və investisiyaların azad ticarəti haqqında saziş imzalanıb və biz o sazişi keçən il ratifikasiya etdik. Qarşımızda dayanan əsas vəzifələrdən biri Avrasiyadakı böyük iqtisadi bazarlara sərbəst çıxışı təmin etməkdir", - deyə müavin əlavə edib.
Humay Eminqızı