Almaniyada xəstələrini öldürən həkim qətlləri ört-basdır etmək üçün yanğınlar törədib


  • 16 Aprel 13:32

Almaniyanın paytaxtı Berlində palliativ baxım mərkəzində işləyən həkim 15 nəfəri qəsdən öldürməkdə təqsirləndirilir.

E-huquq.az Almaniyanın DPA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Berlin prokurorluğu məlumat yayıb.

Məlumata görə, Berlində həbsdə olan 40 yaşlı həkimin daha çox insanı öldürdüyü barədə şübhələr var.

Həkim hazırkı istintaq çərçivəsində azı 15 nəfərin ölümündə şübhəli bilinir və ona qarşı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Məhkəmə-tibb ekspertlərinin apardığı araşdırmalar zamanı həkimin 2021-ci ilin sentyabrından 2024-cü ilin iyuluna qədər yaşları 25-94 arasında olan 15 nəfəri öldürdüyü iddia edilir. Xəstələrə tibbi əsası olmayan öldürücü iynə vuraraq öldürməkdə günahlandırılan həkimin bəzi hallarda qətlləri ört-basdır etmək üçün yanğınlar törətdiyi bildirilib. Berlin Cinayət Departamentinin istintaq qrupu həkimin xəstələri ilə bağlı sənədləri araşdırmaqda davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər