- 18 Aprel 22:27
Türkiyənin İzmir şəhərində təcili yardım maşınına atəş açan şəxs saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bir nəfər İzmirin Bayraklı rayonunda Bayraklı Şəhər Xəstəxanasına gedən təcili yardıma atəş açdıqdan sonra hadisə yerini tərk edib.
Polis tərəfindən yaxalanan şübhəli təcili yardım əməkdaşlarının ona hücum etdiyini və buna görə də silahla atəş açdığını söyləyib.
Saxlanılan şəxs həbs edilib.
Şəbnəm Mehdizadə