- 15 Aprel 19:34
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə hökumət rəsmisi Şahid Rind məlumat verib.
O bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə edilən hücum nəticəsində 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və "terrorla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.
Hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Şəbnəm Mehdizadə