Qəzzada ölənlərin sayı 51 min nəfərə çatdı


  • 15 Aprel 14:08

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 17 nəfər ölüb, 69 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1630 fələstinli həyatını itirib, 4 302 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 51 000-ə, yaralıların sayı isə 116 343- ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər