- 15 Aprel 19:34
Rusiyada yeniyetmə qız atasını qətlə yetirib.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvanın Yujnoye Butovo rayonunda qeydə alınıb.
Məlumata görə, kişi böyük qızının adına kredit götürmək istəyib, amma qız bununla razılaşmayıb.
Mübahisə zamanı ata mətbəx bıçağını götürərək qızına doğru yaxınlaşıb və onun əlini yaralayıb. Bu zaman 15 yaşlı yeniyetmə kişini boynundan bıçaqlayaraq öldürüb.
Humay Eminqızı