Qlobal istiləşmə Avstraliyada əhalinin psixoloji sağlamlıına mənfi təsir edir


  • 15 Aprel 13:59

Avstraliyada havanın temperaturunun artması ölkə əhalisinin psixoloji sağlamlıına mənfi təsir edir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat “Nature Climate Change” jurnalında dərc olunub.

Tədqiqatda bildirilir ki, 2003-2018-ci illər arasında əldə edilən sağlamlıq məlumatlarına əsasən, yüksək temperatur psixi və davranış pozğunluqları problemlərindən əziyyət çəkənlərin xeyli artmasına səbəb olub.Həmçinin təşviş pozğunluğu, depressiya, bipolyar pozğunluq, şizofreniya, narkotik və alkoqol asılılığından əziyyət çəkən xəstələrin də sayında artım qeydə alınıb.

Adelaide Universitetinin ekoloji sağlamlıq üzrə eksperti və tədqiqatın aparıcı müəllifi Peng Bi qeyd edib ki, iqlim dəyişikliyinin psixi sağlamlığa mənfi təsirləri dünyada getdikcə daha çox tanınır, lakin bununla bağlı tədbir görülməzsə, vəziyyət daha da pisləşəcək.

Elm adamları həddindən artıq istiliyin psixi sağlamlığa necə təsir etdiyini dəqiq müəyyən etməsələr də, onlar düşünürlər ki, artan bədən istiliyi beynə çatan oksigenin miqdarını dəyişdirə və yuxu rejimini və stress reaksiyalarını poza bilər. Araşdırmalar göstərir ki, yüksək temperatur yaşlılardan daha çox gənclərə mənfi təsir edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər