- 15 Aprel 19:34
Türkiyənin Kocaeli şəhərində saxta spirtli içkiyə qarşı mübarizə davam edir.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri şəhərdə qaçaqmalçılıqla mübarizə çərçivəsində əməliyyatlar keçirib.
Keçirilən əməliyyatda qeyri-qanuni etil spirti istehsal edən müəssisədə axtarış aparılıb.
Axtarışlar zamanı 12 ton etil spirti, 6 ədəd filtr və digər ləvazimatlar ələ keçirilib.
Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə