Türkiyədə ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər yaralanıb


  • 15 Aprel 13:24

Türkiyənin İzmir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir şəhərinin Kemalpaşa rayonunda yük maşını ilə avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəza yerinə təcili tibbi yardım, xilasetmə, polis qrupları cəlb edilib.

Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər