- 15 Aprel 19:34
İranın bəzi əyalətində qum fırtınaları ciddi fəsadlara səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, qum fırtınası səbəbindən Luristan, Kirmanşah, Kohgiluyə və Boyer-Əhməd, Buşir əyalətlərində dövlət qurumları və məktəblər bağlanıb.
İraqın Bəsrə şəhəri və Bəsrə körfəzi ilə qonşu olan Xuzistan vilayətinin Hava Limanı İdarəsindən verilən açıqlamada uçuşlarda fasilələrin olduğu və Əhvaz şəhərində 3 uçuşun ləğv edildiyi bildirilib.
Humay Eminqızı