- 15 Aprel 19:34
Ukrayna prezidenti Volodimer Zelenski hərbi vəziyyətin uzadılması və səfərbərlik haqqında yeni qanun layihəsini Radaya təqdim edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, layihədə Ukraynada hərbi vəziyyətin və səfərbərliyin mayın 9-dan 90 gün uzadılması əksini tapıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti hərbi vəziyyət dövründə seçkiləri qadağan edib. Radanın yaxın gələcəkdə bu layihələrə baxacağı gözlənilir.
Humay Eminqızı