Haiti yeni müharibə büdcəsini təsdiqlədi


  • 15 Aprel 11:29

Haiti artan dəstə zorakılığı səbəbindən 275 milyon dollardan çox müharibə büdcəsini təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə Haiti Prezident Keçid Şurası açıqlama verib.

Açıqlamada hökumətin "müharibə büdcəsi" adı altında 275 milyon dollardan çox büdcəni təsdiqlədiyi və bu pulun təxminən 40 faizinin əsgər və polis məmurlarına ayrıldığı bildirilib.

Büdcənin təxminən 20 faizinin sərhəd təhlükəsizliyinin artırılmasına, 16 faizinin isə təhsil, səhiyyə və humanitar yardım kimi sosial proqramlara yönəldiləcəyi qeyd edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2024-cü ildə Haitidə silahlı dəstə üzvlərinin hücumları nəticəsində 5600-dən çox insan həlak olub.

Humay Eminqızı

Oxşar xəbərlər