- 15 Aprel 19:34
Birləşmiş Ərəb Əmirlikləri Suriyaya uçuşları bərpa edir.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xəbər agentliyi WAM məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında uçuşların davamlılığını təmin etmək üçün lazımi addımlar atılır.
Qeyd edək ki, Suriya prezidenti Əhməd Şaraa dünən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Suriyada Baas rejiminin devrilməsindən sonra Dəməşq Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayıb. Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi dekabrın 18-də Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk yerli uçuşunu həyata keçirib. Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-də beynəlxalq reyslərə açılıb.
Şəbnəm Mehdizadə