- 15 Aprel 19:34
Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən il Avropada rekord dərəcədə isti olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) “Copernicus” iqlim dəyişmələri üzrə Avropa xidməti ilə birgə dərc etdiyi hesabatda yer alır. ə
Belə ki, 2024-cü il Avropa üçün rekord dərəcədə isti ili kimi yadda qalıb.
Qitənin mərkəzi, şərq və cənub-şərq hissələrində rekord temperatur qeydə alınıb.
Bütün il ərzində Avropa regionunda dənizin temperaturu orta səviyyədən 0,7 dərəcə yüksək olub.
Sözügedən temperatur Aralıq dənizi üçün orta səviyyədən 1,2 dərəcə yuxarı ölçülüb ki, bu da rekord göstəriciyə uyğundur.
İl boyu şərq və qərb rayonlarında iqlim şəraitində təzadlar müşahidə olunub. Şərqdə həddindən artıq quru və tez-tez rekord temperaturlar, qərbdə isə isti, lakin rütubətli hava qeydə alınıb.
Qərbi Avropa 1950-ci ildən bəri təhlil edilən dövrdə ən yağışlı onilliklərdən birini yaşadı.
Qitədə fırtına və daşqınlardan 413 000 nəfərə zərər çəkib, ən azı 335 nəfər ölüb.
Şəbnəm Mehdizadə