- 10:00
Türkiyənin 27 vilayətində hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Meterologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, ölkənin 9 vilayətində hava şəraiti kəskinləşəcək, qar yağacaq, digər vilayətlərdə isə güclü şaxta və dolu olacaq.
Ankara, Hakkari, Van və Bitlisdə şaxtalı hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Həftəsonuna doğru isə havanın temperaturu nisbətən yüksələcəyi qeyd olunub.
Şəbnəm Mehdizadə