- 15 Aprel 19:34
Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
E-huquq.az xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır.
Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.
S.Bayram deyib ki, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.