Hakan Fidan və Rubio Ukraynada atəşkəs səylərini müzakirə etdi


  • 14 Aprel 18:38

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığında ikitərəfli əlaqələr, Qəzzada humanitar vəziyyət və Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün diplomatik səylər müzakirə edilib.

Oxşar xəbərlər