- 15 Aprel 19:34
Macarıstan Avropa İttifaqının Ukraynaya silah tədarükü üçün 40 milyard avro ayrılmasına və onun ərazisinə hərbi müşavirlərin göndərilməsinə qarşıdır.
E-huquq.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
"Biz müharibə tərəfdarı olan heç bir təklifi dəstəkləməmişik. Biz Ukraynaya silah və ya əsgər göndərməyəcəyik", - diplomat bildirib.
Bundan əlavə, Peter Siyarto Aİ ölkələrinin Ukraynanı dəstəkləmək üçün yeni təşəbbüslərini Avropa İttifaqının uğursuz siyasətinin davamı adlandırıb.
O, həmçinin bəyan edib ki, Ukrayna ərazisinə hərbi müşavirlərin göndərilməsini qırmızı xətt hesab edir. Nazir qeyd edib ki, bu, münaqişənin Avropaya doğru yayılmasına gətirib çıxara bilər.
Humay Eminqızı