Yaponiyada dovşanları öldürən şəxsə həbs cəzası verildi


  • 14 Aprel 16:41

Yaponiyada dovşan öldürdüyünə görə saxlanılan şəxsə 1 il həbs cəzası verilib.

E-huquq.az Kyodo agentliyinə istinadən xəbər verir ki, 2024-cü ilin noyabrından 2025-ci ilin yanvarına qədər Seto daxili dənizindəki "Dovşan adası" kimi tanınan Okuno adasında ümumilikdə 77 dovşanın öldürülməsi ilə bağlı işə Xirosima Rayon Məhkəməsində baxılıb.

Şübhəlilərdən Hotta Rikunun 7 dovşanı təpikləyərək və qayçılayaraq müəyyən edilib.

Məhkəmə qərarına əsasən, Hotta “Heyvanların Mühafizəsi Qanunu”nu pozduğu üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. Bildirilir ki, Yaponiyanın Ətraf Mühit Nazirliyi hadisəyə cavab olaraq adada əlavə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırır.

Sözügedən adada 500-ə yaxın yarı vəhşi dovşan yaşadığı bilinir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər