- 15 Aprel 19:34
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 39 nəfər ölüb, 118 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
Qeyd edək ki, yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 613 fələstinli həyatını itirib, 4 233 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 50 983-yə, yaralıların sayı isə 116 274- ə çatıb.
Humay Eminqızı