İsrailin Qəzzaya hücumları nəticəsində 400-dən çox məktəbə ziyan dəyib


  • 14 Aprel 15:47

İsrailin hücumları nəticəsində Qəzzada məktəblərin əksəriyyətinə ciddi ziyan dəyib.

E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 7-dən bu yana Qəzzada 403 məktəb İsrailin hücumlarına məruz qalıb.

Bu da bölgədəki məktəblərin 71 faizinə bərabərdir.

Açıqlamada Qəzzada 564 məktəb olduğu, onlardan 499-nun zərər gördüyü bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər