- 15 Aprel 19:34
ABŞ-nin Nyu-York şəhərində Hudson çayına düşən helikopterin məxsus olduğu şirkətin fəaliyyətinə xitam veriləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi (FAA) məlumat yayıb.
Məlumata görə, qəzadan sonra şirkət dərhal öz fəaliyyətini dayandırıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tur operatorunun lisenziyaları və təhlükəsizlik qeydlərini ilə bağlı araşdırma aparacaq.
Qeyd edək ki, aprelin 10-da Nyu-Yorkda Hudson çayına düşən helikopterdə olan 6 nəfər həyatını itirib.
Şəbnəm Mehdizadə