- 15 Aprel 19:34
Türkiyənin 9 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Baş Prokurorluğunun FETÖ üzvləri ilə bağlı apardığı istintaq çərçivəsində təşkilatın Türkiyə Silahlı Qüvvələrindəki gizli hərbi strukturunda iştirak etdiyi müəyyən edilən 22 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Mərkəzi Konya olmaqla İstanbul, Kocaeli, Hatay, Qaziantep, Manisa, Kahramanmaraş, Kayseri və Ankarada eyni vaxtda əməliyyat keçirib.
Əməliyyat zamanı 20 şübhəli saxlanılıb.
Digər 2 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə