Yas mərasimində 17 nəfər qidadan zəhərlənib


  • 14 Aprel 15:18

Türkiyənin Sakarya şəhərində yas mərasimində kütləvi zəhərlənmə olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryanın Ferizli rayonunda yas mərasimində halı pisləşən 17 nəfər ürəkbulanma, başgicəllənmə və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

Bir müddət sonra zərərçəkmişlər xəstəxanadan evə buraxılıblar.

Onların yas mərasimində yedikləri toyuq və düyüdən zəhərləndiyi ehtimal edilir.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər