Türkiyədə 2 həkim saxlanıldı


  • 14 Aprel 14:16

Türkiyənin Konya şəhərində 2 həkim saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyada Səlcuq Universiteti Tibb Fakültəsində çalışan bəzi həkimlərin bir-birinə yazdığı mesajlar ifşa edilib.

Yazışmalar sosial mediada geniş müzakirələrə və narazılığa səbəb olub.

Qadın xəstələrlə bağlı qeyri-etik ifadələr işlədən həkimlərlə bağlı Səhiyyə Nazirliyi və Səlcuq Universiteti dərhal hərəkətə keçib.

Universitet rəhbərliyi sözügedən əməkdaşları vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Konya Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həkimlər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər