Starship kosmik gəmisi gələn ilin sonlarında Marsa göndəriləcək


  • 14 Aprel 14:09

Starship kosmik gəmisi gələn ilin sonlarında Marsa göndəriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə "SpaceX"ın rəhbəri İlon Mask məlumat verib.

O bildirib ki, insanları və yükləri Marsa daşımaq üçün hazırlanan “Starship Super Heavy” kosmik gəmisi üzərində intensiv şəkildə iş aparılır.

Şirkət yaxın günlərdə gəminin kosmik mühərrikinin yenidən alışması və yerə enmə imkanlarını yoxlamaq üçün sınaq uçuşu keçirməyi planlaşdırır.

Bu texnologiya Marsa səyahətin xərclərini azaltmaq və davamlı kosmos tədqiqi üçün çox vacibdir.

Humay Eminqızı

Oxşar xəbərlər