Aprel və may aylarında iki meteor yağışı gözlənilir


  • 14 Aprel 14:00

Aprel və may aylarında iki meteor yağışı gözlənilir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Lirid meteor yağışı aprelin 17-də başlayacaq və aprelin 26-na kimi davam edəcək. 21-22 aprel gecələrində meteor yağışı daha rahat müşahidə edilə biləcək.

Eta Aquarid meteor yağışı isə aprelin 20-də başlayacaq və mayın 21-dək davam edəcək. Mayın 2-3-də pik həddə çatacaq Eta Aquarid yağışı Yer kürəsinin cənub yarımkürəsində daha aydın müşahidə olunacaq. Lirid yağışı şimal yarımkürəsində yerləşən ölkələrdə adi gözlə görünəcək.

Həmin tarixdə Ay təxminən 40 faiz işıqlandırılacaq ki, bu da meteorların parlaqlığını bir qədər azalda bilər. Ay işığının daha zəif olduğu vaxtlarda saatda 10-15 meteor görmək mümkün ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər