- 15 Aprel 19:34
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampı Ukraynaya səfərə dəvət edib.
E-huquq.az "Uniana"a istinadən xəbər verir ki, Zelenski Trampın bu səfərdən sonra Vladimir Putinin necə bir insan olduğunu, kiminlə sövdələşmə etmək istədiyini anlayacağını vurğulayıb.
Rusiyanın raket hücumlarından danışan prezident qeyd edib ki, bu, açıq şəkildə göstərir ki, biz Rusiya ilə danışıqlara etibar edə bilmərik.
Humay Eminqızı