- 15 Aprel 19:34
2022-ci ildə 3 milyondan çox uşaq antibiotik müqavimətinə görə ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Avstraliyalı alimlərin yeni tədqiqatında yer alır.
Murdoch Uşaq Araşdırma İnstitutunun alimi Yanhong Jessika Hunun apardığı tədqiqatın nəticəsinə görə, Afrika və Cənub-Şərqi Asiyadakı uşaqların əksəriyyəti xüsusilə risk altındadır.
Tədqiqatda ikili antibiotiklərin istifadəsinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
ÜST və Dünya Bankı kimi müxtəlif mənbələrdən əldə edilən məlumatlara görə, üç il ərzində antibiotiklərə davamlı xəstəliklər 10 dəfə artıb. Bu artımın COVID-19 pandemiyası ilə bağlı ola biləcəyi bildirilib. İnfeksiyaya səbəb olan mikroblara qarşı antibiotiklərin təsirsizliyi sağlamlıq üçün ən böyük təhlükələrdən biri kimi qiymətləndirilir. Bunun ən böyük səbəbinin antibiotiklərin həddindən artıq və səhv istifadəsi olduğu düşünülür. Digər tərəfdən, yeni antibiotiklərin istehsalı da ləngiyib, çünki bu dərmanlar uzun və bahalı bir proseslə istifadəyə gətirilir.
Şəbnəm Mehdizadə