ABŞ-də yeniyetmə Trampa sui-qəsd hazırlamaq üçün valideynlərini öldürüb


  • 14 Aprel 13:31

ABŞ-nin Viskonsin ştatında 17 yaşlı yeniyetmənin Donald Trampa sui-qəsd planı hazırlamaq üçün valideynlərini qətlə yetirdiyi məlum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Viskonsin ştatında, 17 yaşlı yeniyetmə Nikita Casap fevral ayında valideynlərini öldürdükdən sonra 14.000 dollar, bir neçə pasport və ailəsinin iti ilə qaçmağa çalışıb. Lakin o, mart ayında polis tərəfindən saxlanılıb. İstintaq çərçivəsində nəzarətə alınan Nikita Casapa məxsu elektron cihazlar məhkəmə qərarı ilə yoxlanılılıb.

O, valideynlərinin ölümünü planlaşdırmaqda, pilotsuz uçuş aparatı və partlayıcı maddələr almaqda və planlarını Rusiya vətəndaşı da daxil olmaqla başqaları ilə bölüşməkdə ittiham olunur.

İstintaqın gedişində məlum olub ki, yeniyetmə sui-qəsd planını həyata keçirmək üçün lazım olan maddi vəsaiti əldə etmək üçün ailəsini qətlə yetirib.

17 yaşlı gəncin daha sonra Ukraynaya getmək planlarının olduğu da qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər