- 15 Aprel 19:34
Türkiyənin bəzi vilayətlərində yağan güclü qara görə məktəblər bağlanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, güclü qar bir sıra fəsadlar törədib, bəzi vilayətlərəd yollar bağlanıb.
Hava şəraiti ilə əlaqəli olaraq Muş, Kastamonu, Ağrı, Karabük, Bitlis və Bartında tədris prosesinə bir günlük fasilə verilib.
Valiliklərdən verilən məlumata görə, hamilə və 10 yaşınadək uşağı olan qadınlara, eləcə də fiziki məhdudiyyətli şəxslərə 1 günlük icazə verilib.
Şəbnəm Mehdizadə