Güclü qar yağdı, yollar bağlandı


  • 14 Aprel 12:03

Türkiyənin Kastamonu şəhərində güclü qar bəzi fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kastamonunun Pınarbaşı mahalında güclü qar yolların bağlanmasına səbəb olub.

Bölgəyə bələdiyyə əməkdaşları cəlb edilib, yolların qardan təmizlənməsi üçün müvafiq tədbirlər görülüb.

Təcili yardıma müraciət edən 95 yaşlı vətəndaş yol təmizləndikdən sonra təcili tibbi yardım briqadasına təhvil verilib və xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər