- 14:18
Ukrayna Prezidenti Volodimir Zelenski Sumiyə raket zərbəsinin nəticələri barədə məlumat verib.
E-huquq.az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.
Onun sözlərinə görə, xilasedicilər hələ də hücumun nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Hazırda 68 nəfər xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti ağırdır. Həkimlər yaralıları xilas etmək üçün əllərindən gələni edirlər.
Siyasətçi iddia edir ki, raket hücumu nəticəsində universitet, beş yaşayış binası, kafe, mağaza və rayon məhkəməsi də daxil olmaqla 20 bina zərər görüb.
Aprelin 13-də səhər saatlarında Ukraynanın şimal-şərqindəki Sumıda silsilə güclü partlayışlar baş verib.