- 25 Aprel 15:23
Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.
Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.
***
09:30
Tacikistanda 5,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, yeraltı təkanlar bazar günü, Bakı vaxtı ilə saat 08:24-də qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri 198 min nəfərdən çox əhalisi olan Xucand şəhərindən 170 kilometr cənub-şərqdə, Tacikistanın Gərm kəndindən 37 kilometr şərqdə, 16 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur