Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim etdi


  • 12 Aprel 12:01

İranın xarici işlər naziri Abbas Araqçi Maskatda Oman xarici işlər naziri Bədr Əl-Busaidi ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Oman XİN rəhbəri Araqçiyə ABŞ nümayəndə heyəti ilə dolayı danışıqların təşkili və bu istiqamətdə görülən hazırlıqlar barədə məlumat verib.

Nazir Abbas Araqçi isə öz növbəsində İranın mövqelərini və müzakirə mövzularını ABŞ nümayəndə heyətinə çatdırmaq üçün Oman tərəfinə təqdim edib.

Oxşar xəbərlər