Trampı öldürməklə hədələyən şəxs həbs edildi


  • 12 Aprel 08:02

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və ABŞ rəsmilərini öldürməklə hədələyən Pensilvaniya sakini Şon Montper Batleri həbs edib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

FTB agentləri müəyyən ediblər ki, 32 yaşlı Monpere yanvarın 15-dən aprelin 5-dək "YouTube" video platformasında həm Trampa, həm də Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska, həmçinin ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına və Trampın təyin etdiyi bütün agentlik rəhbərlərinə qarşı təhdidlər, hədələr səsləndirib".

Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Montper odlu silah alıb. Mart ayında o, "YouTube"də kütləvi atışma həyata keçirmək niyyətində olduğunu bildirən şərh yazmışdı.

Monper aprelin 9-da həbs edilib. O, dörd maddə ilə ittiham olunub.

Oxşar xəbərlər