- 12 Aprel 20:45
Türkiyənin Dənizli şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında məlumat yayılıb.
Məlumata görə, yerli vaxtla saat 04:37-də episentri şəhərin Çivrili rayonunda 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7,06 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.