Hakan Fidan Mirzoyanla görüşəcək


  • 11 Aprel 21:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunda iştirak edən erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Badalyan əlavə edib ki, görüş bu gün baş tutacaq.

Bundan əvvəl Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında görüşün planlaşdırıldığını açıqlamışdı.

Oxşar xəbərlər