Ərdoğan: Cənubi Qafqazda davamlı sülhün təmini üçün səylərimizi davam etdiririk


  • 11 Aprel 17:29

Türkiyə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Şərqi Aralıq dənizi və Egey bölgəsində də sülh və sabitliyin qorunmasını hədəfləyir:

“Qonşumuz Yunanıstanla müsbət atmosferin qorunması üçün çalışırıq. Balkanlardakı hadisələri çox yaxından izləyir və bölgə ölkələri ilə əməkdaşlığımızı davam etdiririk".

Ərdoğan həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri də rəsmi Ankaranın xarici siyasətində yerlərini hər keçən gün daha da möhkəmləndirir:

"Ölkəmizin intensiv səyləri ilə son illərdə inteqrasiya istiqamətində mühüm addımlar atan Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığımızın gücləndirilməsinə olduqca önəmli töhfələr verir. Şimali Kipr türk xalqının suverenliyinin və beynəlxalq statusunun tanınması üçün son dövrlərdə səylərimizi artırmışıq”.

mənbə: Report

Oxşar xəbərlər