- 12 Aprel 20:45
Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantep şəhərinin İslahiye rayonunda minik avtomobili ilə yüngül ticari avtomobilin toqquşduğu qəzada 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Humay Eminqızı